“Tesla” 125 min avtomobili geri çağırır

“Tesla” təhlükəsizlik kəməri ilə bağlı xəbərdarlıq sisteminin nasazlığına görə ABŞ-də 125 227 avtomobili geri çağırır.

Bu barədə Reuters ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi Administrasiyasının (NHTSA) press-relizinə istinadən məlumat yayılıb.

Məlumata görə, nasazlıq qəza zamanı yaralanma riskini artıra bilər.

Qurumun açıqlamasında bildirilir ki, geri çağırılma Model S (2012-ci ildən 2024-cü ilədək istehsal olunub), Model X (2015-2024-cü illər), Model 3 (2017-2023-cü illər) və Model Y (2020-2023-cü illər) elektrik avtomobillərinə şamil edilir.

Qeyd olunur ki, 125 227 avtomobil xəbərdarlıq işıqlarının və səs siqnallarının nasazlığı səbəbindən təhlükəsizlik tələblərinə əməl etmir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər