14 C
Baku
Thursday, April 25, 2024

Avropada kömürün qiyməti 20 illik maksimumu yeniləyib

Avropa ölkələrində kömürün qiyməti 16.5% artaraq bir tona görə 232.2 dollara çatıb.

Banker.az xəbər verir ki, bu, son 20 ildə qeydə alınan maksimum göstəricidir.

Qeyd edək ki, Avropada kömürdən əldə edilən gəlir qazla işləyən elektrik stansiyalardan əldə edilən gəlirdən çox olduğundan tələbat hələ də artmağa davam edir.

“Avropa bazarında kömür tədarükü məhdud olaraq qalır, çünki bölgənin əsas bərk yanacaq tədarükçüləri ixracatı artırmağa çatdırmırlar. Nəticədə Şimal-Qərbi Avropadakı limanlarda kömür ehtiyatları son beş ilin ən aşağı səviyyəsinədüşüb”,- deyə mesajda bildirilir.

Xatırladaq ki, noyabr ayı üçün qaz fyuçerslərinin qiyməti min kubmetrə görə 1200 dollara çatıb. Bununla əlaqədar, Avropa Rusiyadan daha çox kömür almağa başlayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər