Avropa koronavirusun payızda gələ biləcək yeni dalğasına hazırlıq görməlidir.
Bu proqnozla “Daily Telegraph” nəşrinə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosunun rəhbəri Hans Klyuqe çıxış edib.
ÜST-ün nümayəndəsi qeyd edib ki, hazırda bayram etmək deyil, hazırlıq görmək zamanıdır. O, həmçinin diqqətə çatdırıb ki, COVID-19 pandemiyası ilə mübarizə üçün məhdudiyyətlər tətbiq edən bəzi ölkələr bunu aradan qaldırmağa başlayıblar. Hans Klyuqenin fikrincə, məhdudiyyətlərin ləğvi tələskən qərar ola bilər. Xəstələnənlərin sayının azalması hələ pandemiyanın sonu demək deyil.