26 C
Baku
Saturday, July 27, 2024

Avropada qazın qiyməti 3 000 dollardan yuxarı səviyyədə qərarlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 3 000 ABŞ dollarını ötüb.

24 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 3 008 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 9.2% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər