18 C
Baku
Tuesday, May 28, 2024

Avropada qazın qiyməti 700 dollardan aşağı düşüb

Avropada qazın birja qiymətləri 6 %-dən çox itirərək min kubmetr üçün 700 dollardan aşağı düşüb.

Bu barədə ICE London Fond Birjasının ticarət məlumatlarında deyilib.

Hərracların açılışında TTF indeksi üzrə fevral fyuçersləri 773,7 dollar səviyyəsində olub. Bakı vaxtı ilə saat 21:00-a olan vəziyyətə görə qaz fyuçersləri 699,2 dollara (-6,3%) alınıb.

Xatıradaq ki, həftənin əvvəlində Avropa regionunda qazın birja qiymətləri min kubmetr üçün 800 dolları ötmüşdü.

Son xəbərlər
 ⁠
Digər xəbərlər