9 C
Baku
Saturday, April 13, 2024

Avropada qazın qiyməti cüzi bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 400 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.

17 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 384.7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0.3% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər