27 C
Baku
Saturday, July 27, 2024

Avropada təbii qazın qiyməti 2021-ci ilin aprelindən bəri ilk dəfə 250 dollardan aşağı düşüb

Avropada təbii qazın qiyməti 2021-ci ilin aprelindən bəri ilk dəfə 250 dollardan aşağı düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qaz qıtlığı Avropanı enerji böhranına sürükləyib, digər enerji resurslarının, o cümlədən azot gübrələrinin və onların ardınca taxıllın qiyməti qalxıb.

Avropada istilik mövsümünün başlanması ilə oktyabrın 1-də yeraltı anbarlar cəmi 72% dolu olub ki, bu da 2011-ci ildən bəri ən aşağı səviyyədir. Ən az qaz Avstriyanın anbarlarında olub – doluluq əmsalı 50.44% təşkil edib, Niderlandda – 54.43%, Almaniyada – 64.57%. Bütün bunlar birlikdə ona gətirib çıxarıb ki, sentyabrın son günlərində ICE ticarət platformasında 1000 m3 qazın qiyməti 1000 dolları keçib.

Son xəbərlər
Digər xəbərlər