Avropada təbii qazın birja qiymətləri azalıb

Avropada təbii qazın sentyabr fyuçerslərinin qiyməti ötəngünkü qiymətlərlə müqayisədə 0.5 % azalıb, bununla belə 2 500 ABŞ dollarından yuxarı qalmaqdadır.

Sentyabr fyuçerslərinin qiyməti günə 2 470.2 dollarla başlayıb, lakin daha sonra 2 503.9 dollara çatıb.

Xatırladaq ki, iyul ayında ICE-də ən yaxın qaz fyuçerslərinin orta aylıq qiyməti 50%-dək artıb. Belə ki, iyun ayında min kubmetr üçün 1180 dollar olan orta qiymət iyul ayında təqribən 1805 dollar təşkil edib.

MənbəReport
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər