23 C
Baku
Friday, April 26, 2024

Avropada təbii qazın qiyməti 1 600 dolları ötüb

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarını ötüb.

Banker.az xəbər verir ki, 5 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 611.3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 471.8 dollar) ilə müqayisədə 9.5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər