16 C
Baku
Thursday, April 25, 2024

Avropada təbii qazın qiyməti 900 dollara qalxıb

Sentyabrın 20-si keçirilən hərraclarda Avropada təbii qazın qiyməti min kubmetr üçün 900 dollardan yuxarı səviyyəyə qalxıb.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 912 dollara çatıb. Xatırladaq ki, sentyabrın 15-i təbii qazın qiyməti bir neçə dəfə tarixi rekord qırıb, lakin ticarət sessiyasının sonunda qiymət 800 dollara enib.

Mütəxəssislər Avropada qazın 1000 dollar səviyyəsinə çata biləcəyini proqnoz ediblər. Qiymət Asiyanın qaz bazarındakı vəziyyətdən və “Şimal axını-1” qaz kəmərinin işə salınması müddətindən asılı olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər