19 C
Baku
Sunday, May 19, 2024

Avropada təbii qazın qiyməti bahalaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 327 ABŞ dollarına çatıb.

26 iyul tarixində avqust fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 326.9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (308.5 dollar) ilə müqayisədə 6% çoxdur.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər