5 C
Baku
Friday, March 29, 2024

Avropada təbii qazın qiyməti tarixi rekord qırıb

Oktyabrın 6-sı keçirilən hərraclarda Avropada təbii qazın qiyməti min kubmetr üçün 1600 dolları keçib. Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Beləliklə, ticarət zamanı Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın qiyməti min kubmetrə görə 1607.2 dollara çatıb. Qeyd edək ki, bir neçə gün əvvəl pik nöqtədə qiymət 1400 dollar olub.

Kotirovkaların artması pandemiyadan sonra iqtisadi canlanma və Norveçdən tədarükün azalması ilə əlaqələndirilir. Hazırda Avropada yanacaq ehtiyatları son 10 ilin ən aşağı səviyyəsindədir.

Son xəbərlər
Digər xəbərlər