21 C
Baku
Thursday, April 25, 2024

Avropada təbii qazın qiyməti yenidən 1200 dollara qalxıb

Oktyabrın 14-ü Avropada təbii qazın qiyməti yenidən min kubmetr üçün 1200 dollara qalxıb. Banker.az xəbər verir ki, bu barədə “ICE” birjasının təqdim etdiyi məlumatlarda deyilir.

Bildirildiyi kimi, Niderlandın TTF mərkəzindəki (hab) təbii qazın noyabr fyuçerslərinin qiyməti min kubmetrə görə 1196 dollar təşkil edib. Beləliklə, günün əvvəlindən bəri artım təxminən 7% olub.

Avropanın qaz bazarında qiymətlərin yüksək dəyişkənliyi əsasən qarşıdan gələn qış ərəfəsində qaz anbarlarının boş olması ilə əlaqələndirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər