28 C
Baku
Saturday, July 27, 2024

Avropanın ən yaxşı avtomobili adına 7 namizəd var

“Avropada ilin avtomobili” (ECOTY) müsabiqəsinin təşkilatçıları namizədlərin qısa siyahısını açıqlayıb.

“Autonews” xəbər verir ki, qələbəyə 7 maşın namizəddir.

Siyahıda üçüncü nəsil “BMW 1-Series”, “Ford Puma”, “Peugeot 208”, “Renault Clio”, “Toyota Corolla” və 2 elektrokar – “Porsche Taycan”, “Tesla Model 3” yer alıblar.

Bu modellər 30 maşının içindən jurnalistlərdən ibarət jüri tərəfindən seçilib. Onlar 2020-ci ilin martın 20-də Cenevrə avtosalonu çərçivəsində qalibin adını açıqlayacaqlar.

Qeyd edək ki, müsabiqənin keçən ilki qalibi “Jaguar I-Pace” olub.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər