15 C
Baku
Friday, March 29, 2024

Avropanın ən bahalı fintex-startapı “Klarna” dəyərinin 85%-ni itirib

İsveçin fintex şirkəti “Klarna”nın dəyəri yeddi dəfə azalaraq 45.6 milyard dollardan 6.7 milyard dollara düşüb. Startap bildirib ki, son maliyyələşdirmə “bazarın ən pis 50 illik tənəzzülünə baxmayaraq, biznesin güclü mövqeyini sübut edir”.

Şirkət təsdiqləyib ki, yeni cəlb etdiyi 800 milyon dollar investisiya ilə 6.7 milyard dollar dəyərindədir. Bu, ödən illə müqayisədə 85% azdır. Maliyyələşdirmə həm mövcud, həm də yeni investorlardan, o cümlədən “Sequoia”, “Silver Lake”, “Commonwealth Bank of Australia”, BƏƏ-nin suveren fondu “Mubadala Investment Company”  və Kanada Pensiya Planı İnvestisiya Şurası tərəfindən olub.

“Klarna” – onlayn maliyyə xidmətləri təklif edən fintex şirkətidir. Xidmət hissəli ödəniş və ya taksitə analoji olaraq işləyir. Razılaşdırılmış müddətdə bərabər ödənişlər edilir, gecikmə müəyyən edilərsə, faizlər ödənilir.

2021-ci ildə “Klarna”nın əməliyyat zərəri 689 milyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər