12 C
Baku
Wednesday, December 11, 2024

Avropanın iki ölkəsinə TAP vasitəsilə əlavə qaz tədarük olunacaq

2026-cı ildən etibarən Trans-Adriatik boru kəməri (TAP) ilə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql ediləcək ki, bunun 1 milyard kubmetri İtaliyaya, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq.

Bu barədə İtaliya mediasında bildirilib.

Məlumata görə, əlavə həcmin birinci partiyası 2026-cı ildən 2028-ci ilin dekabrına qədər, ikinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək tədarük olunacaq. Beləliklə, infrastrukturun ilk modernizasiyası 2025-ci ilin sonunadək həyata keçiriləcək.

“Bu ilk 1.2 milyard kubmetrin bir milyardı İtaliyaya, yerdə qalan 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq”, – deyə İtaliya mediası xəbər verir.

TAP-ın ötürücülük qabiliyyəti yeni borular çəkmədən, yalnız Yunanıstan və Albaniyaya qazın kompressiya gücünü artırmaq hesabına və İtaliyada minimal müdaxilərlə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başladıqan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər