11 C
Baku
Wednesday, December 11, 2024

Avropanın şərq qapısında qanlı müharibə valyutasını da çökdürür

Ukraynaya ərazində Rusiyanın hərbi işğal əməliyyatları bir çox əmtəələrin qiymətini kəskin artırır, treyderləri avro və digər Avropa ölkələrin milli valyutalarının məzənnəsini ABŞ dolları qarşısında kəskin dəyər itkisinə məruz qoyur.

Banker.az xəbər verir ki, ən çox ucuzlaşma da məhz avronun məzənnəsi 2020-ci ilin yayından bu tərəfə ən aşağı səviyyəyə düşüb.

Avrozonanın şərq qapısının ağzında baş verən müharibə vahid valyuta avronu $1.1069 qədər ucuzlaşdırıb.

Hazırkı durumda ölkədə inflyasiyanı əsas tətikləyən enerji qiymətləridir. Hansı ki, Avropa bunu əsasən Rusiyadan edir. Rusiyadan Avropaya satılan enerji daşıyıcılarının təchizat zənciri həm müharibə və sanksiyalara görə böyük narahatlıqlar yaradır. Enerji daşıyıcıları isə kəskin qalxmaqla ittifaqın inflyasiyasının artmasına əsas səbəbdir. Fevral ayı üzrə Aİ-də inflyasiya 5.8% təşkil edib.

Qazın və neftin qiymətinin yüksəlməsi gələcəkdə vahid valyutanın inflyasiyası üçün potensial drayverdir. Avropa Mərkəzi Bankı isə növbəti iclaslarda faiz dərəcəsinin artırmaq barədə düşməsə, müharibə də davam edərsə EUR/USD cütlüyünün düşmə riskləri daha da böyüyəcək.

Müharibə başlamamışdan öncə Avropa iqtisadiyyatı üçün mümkün təhlükələr onun EUR/USD cütlüyü üçün 3%, müharibdən sonra isə artıq 1.87% mənfi performans göstərməyə məcbur edib.

Avro ucuzlaşan valyutalar arasında tək deyil. Onun ətrafında köhnə qitənin digər valyutaları da var. Məsələn, son həftədə dollar Polşada 4% bahalaşmaqla 4.8260 zlotısıya, İsveçdə dollar 9.7057 isveç kronuna, Danimarkada dollar 4% bahalaşmaqla 6.7024 danimarka kronu, Çexiyada dollar 6%-dən çox bahalaşmaqla 23.15 çec kronuna yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər