9 C
Baku
Thursday, December 12, 2024

“Avrora Qrup”a daha bir baş direktor təyin edilib

“Avrora Qrup”da yeni təyinat olub. Əldə etdiyimiz məlumatına görə Sərxan Rəhimli şirkətin baş direktoru təyin edilib.

Sərxan Rəhimli bundan sonra şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək. O, vəzifəsini 2023-cü ilin yanvarından icra etməyə başlayıb.

Qeyd edək ki, S.Rəhimli 2020-ci ildən şirkətə çalışır və o, bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin maliyyə məsələləri üzrə müşaviri vəzifəsini daşıyırdı.
Sərxan Rəhimli bundan öncə Paşa Bankda və İpoteka və Kredit Zəmanəti Fondunda çalışıb.

Təhsilini İtaliyada başa vurub. Ailəlidir, iki övladı var.

Xatırladaq ki, Avrora Qrup 1993-cü ildə yaradılıb. Şirkət bazarda distributer və qida istehsalçısı kimi tanınır.

Son xəbərlər
Digər xəbərlər