10 C
Baku
Wednesday, December 11, 2024

Avrozona iqtisadiyyatı 15%-ə yaxın kiçilib

Bu ilin II rübündə avrozonada Ümumi Daxili Məhsul (ÜDM) istehsalı I rüblə müqayisədə 11,8% az olub.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə isə avrozona iqtisadiyyatı 14,7% kiçilib.

Hesabat dövründə regionda fərdi istehlak rüblük 12,4%, illik 15,9%, dövlət xərcləri isə rüblük 2,6%, illik 2,5% azalıb.

Avrozonanın daxil olduğu Avropa iqtisadiyyatı da keçilib. ÜDM-in azalma dinamikası rüblük 11,4%, illik isə 13,9% təşkil edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər