14 C
Baku
Monday, May 6, 2024

Avrozona “nəfəs dərir”: İnflyasiya düşür, lakin bu, ECB-nin sərtləşdirməsinə hələ ki, maneə deyil

Azərbaycanın xarici ticarətində əsas yer tutan Avro zonada inflyasiya dekabr ayında ardıcıl ikinci aydır ki, azalır. Lakin analitiklər bunun Avropa Mərkəzi Bankının (ECB) ton dəyişikliyinə səbəb olacağını gözləmirlər.

Banker.az Avropa statistika agentliyi Avrostatın cümə günü verdiyi ilkin məlumatlara istinadən xəbərinə görə, ərzaq və enerji xərclərini əhatə edən əsas inflyasiya dekabr ayında illik müqayisədə 9.2% təşkil edib. Bu, 2021-ci ilin iyun ayından bəri qiymətlərdə ilk cüzi daralmanı təmsil edən 10.1%-lik noyabr (2022-ci il) inflyasiyasının ardından gəlir.

Avro bölgəsi iqtisadiyyatı Rusiyanın 2022-ci ilin fevralında Ukraynanı işğal etməsindən sonra, keçən il enerji və ərzaq xərclərinin artması ilə böyük təzyiqə məruz qalıb. Artan qiymətlərlə mübarizə aparmaq üçün Avropa Mərkəzi Bankı 2022-ci ildə faiz dərəcələrini dörd dəfə artırıb və ehtimal ki, bu il də bunu davam etdirəcək. Bankın əsas faiz dərəcəsi hazırda 2% səviyyəsindədir.

İnflyasiyanın azaldığını göstərən əlavə əlamətlərə baxmayaraq, analitiklər qeyd etmək üçün hələ tez olduğunu və regionun mərkəzi bankından bir dönüş gözləmədiklərini düşünürlər. London mənzilli “Hetal Mehta from Legal & General Investment Management”in əməkdaşı CNBC-yə bildirib ki, Avrozonada hətta ressesiya məsələsi tam aydınlaşsa belə uçot faiz dərəcəsi hələ 3%-ə qədər artırılması davam edəcək.

Bu, ECB prezidenti Kristin Laaqard dekabr ayında xüsusilə şahin tonlu çıxışından gəldi. Hansı ki, ECB-dən bunu bir çox investorlar təəccüblə qarşıladılar.

Bu həftənin əvvəlində ECB-nin İdarə Heyətinin üzvü və Fransa Mərkəzi Bankının sədri Fransua Villeroy de Galhau iqtisadi blokda faiz dərəcələrinin bu yayın zirvəsinə çata biləcəyini söylədi.

ECB dekabr ayında da açıqlamışdı ki, mart ayında balansını ikinci rübün sonuna qədər ayda 15 milyard avro (15.8 milyard dollar) sürətlə azaltmağa başlayacaq. Yəni, bu da aktivlərin alış proqramını dayandırıb, əks əməliyyata keçməsi deməkdir. Bu addımın həmçinin regionun bəzi inflyasiya təzyiqlərini aradan qaldıracağı gözlənilir.

Həmin vaxt ECB 2022-ci il üçün orta inflyasiyanın 8.4%, 2023-cü il üçün 6.3% və 2024-cü il üçün 3.4% olacağını proqnozlaşdırırdı. Bankın məqsədi inflyasiyanı 2% olan hədəf çərçivəsinə salmaqdır.

Bu həftənin əvvəlində Almaniyadan çıxan məlumatlar inflyasiyanın noyabrda 10%-dən dekabrda 8.6%-ə düşdüyünü göstərdi.

“ING Almaniyanın Global”ın rəhbəri Carsten Brzeski, bu rəqəmlərin narahatlıqığın yoxa çıxması demək olmadığını bildirir. Ancaq avrozonada inflyasiyanın hələ də əsasən enerji qiymətləri fenomeni olduğunu xatırladıb.

Avropada son aylarda enerji xərcləri azalıb. Cümə günü təbii qazın qiymətləri meqavatsaat üçün 72.42 avroya satılıb ki, bu da avqust ayında meqavat saat üçün 349.90 avro olan zirvədən xeyli aşağıdır.

“ECB öz siyasət qərarlarını yüksək dəyişkən enerji qiymətlərinə əsaslandıra bilməz və etməyəcək. Bunun əvəzinə fikrimizcə ECB, növbəti iki iclasda faiz dərəcələrini cəmi 100 baza bəndi artıracaq”, – deyə Brzeski qeyd edib.

İndi 100 bəndlə bərabər Avropada bəzi analitiklər uçot faiz dərəcəsinin növbəti iclaslarda 50 baza bəndi artırıla bilməsini gözləyirlər.

Xatırladaq ki, Avrozona Azərbaycan neft-qaz ixracında əsas payçıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər