7 C
Baku
Sunday, December 15, 2024

Avstraliya bankı 400 milyona yaxın yazı səhvi olan kağız pul buraxıb

Avstraliyanın ehtiyat bankı (RBA) təsdiq edib ki, 50-lik Avstraliya dolları dəyərində, 400 milyona yaxın yazı səhvi olan kağız pul buraxıb. Bu barədə tənzimləyici nümayəndə News.com.au portalına açıqlama verib.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, artıq 46 milyon səhv yazılı banknot dövriyyəyə buraxılıb. Düzəliş ilin sonunda buraxılışa hazır olacaq tirajda öz əksini tapacaq.

Səhvləri yerli “Triple M” radiostansiyasının dinləyicisi görüb, belə ki, o sonradan öz Twitter hesabında kağız pulun şəklini də yayımlayıb. Orada görünür ki, “məsuliyyət” sözündə hərf buraxılıb ( banknotda responsibility yerinə responsibilty yazılıb).

BBC-nin açıqlamasına görə, səhv yazılı banknotlar keçən ilin sonunda buraxılıb. Onlarda Avtraliya parlamentinin ilk qadın üzvü Edit Kowan-ın şəkli əks olunub. Səhv onun sözlərindən gətirilən birinci sitatdadır: “Burada yeganə qadın olmaq böyük məsuliyyətdir”.

CNN-in hesablamasına görə, dövriyyəyə buraxılan banknotun ümumi dəyəri 2,3 milyard Avstraliya dollarıdır ( 1,6  milyard dollar ).

Son xəbərlər
Digər xəbərlər