Avstaliya Mərkəzi Bankının bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsinin sabit saxlayıb.
Banker.az bildirir ki, xarici mətbuatın məlumatına əsasən requlyator tərəfindən 1,5% saxlanılmasına qərar verilib.
Xatırladaq ki, indiki faiz dərəcəsi 2016-cı ilin avqust ayından qüvvədədir.
Qeyd edək ki, “Bloomberg” agentliyinin faizlərlə bağlı sorğusunda iştirak edən 30 ekspertin heç biri dəyişiklik gözləmirdi.
Tənzimləyici qurumun iclasında həmçinin ölkənin daşınmaz əmlak bazarındakı ucuzlaşmanın ölkə iqtisadiyyatına təsiri qiymətləndirilib. Xatırladaq ki, bu ilin noyabr ayında Avstraliyanın əmlak qiymətləri 2008-2009-cu illərdəki qlobal iqtisadi böhrandan sonra ən yüksək azalma nümayiş etdirib. Bu vəziyyət ölkədə ipoteka kreditlərinin məhdudlaşdırılması və alıcıların ucuzlaşmanı nəzərə alaraq gözləmə mövqeyinə keçdiyini göstərir.
Report