10 C
Baku
Thursday, December 26, 2024

Avstraliya “qızıl vizalar”ın verilməsini dayandırıb

Avstraliya 5 milyon Avstraliya dollarından (3.3 milyon ABŞ dolları) çox sərmayə qoyan insanlara verilən “qızıl viza” müraciətlərini dayandırıb.

Bu barədə Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Kler Onil bildirib.

Avstraliya hakimiyyəti bu qərarı daha ixtisaslı miqrantları cəlb etmək üçün miqrasiya siyasətini dəyişdirməklə izah edib.

“Aydındır ki, bu viza ölkəni və iqtisadiyyatı miqrasiya sistemi ilə bağlı bizə lazım olanlarla təmin etmir”, – o qeyd edib.

Onun sözlərinə görə, viza proqramından indi yaşlı insanlar Avstraliyada məskunlaşmaq və ölkədə təqaüdə çıxmaq üçün tez-tez istifadə edirlər.

Nazir əlavə edib ki, hökumət diqqəti ixtisaslı mütəxəssislərin cəlb edilməsinə yönəltməyi planlaşdırır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər