3 C
Baku
Saturday, March 2, 2024

Avstraliya Rusiya və Belarusdan idxal edilən mallara 35% rüsum tətbiq edib

Avstraliyanın baş naziri Skott Morrison Rusiya və Belarusdan idxal edilən bütün mallara 35% əlavə rüsum tətbiq ediləcəyini açıqlayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Biz aprelin 25-dən etibarən Rusiya və Belarusdan bütün idxala 35% əlavə rüsum tətbiq edəcəyik”, – deyə Morrison “ABC” telekanalına istinadən bildirib.

Belə ki, ölkə hökuməti Rusiyanın Ukraynada keçirdiyi hərbi xüsusi əməliyyata cavab olaraq iqtisadi sanksiyaları sərtləşdirir.

Bundan əvvəl Avstraliya 33 rusiyalı biznesmen və onların ailələrinə, həmçinin 22 rusiyalı jurnalist və media işçisinə qarşı sanksiya tətbiq edib.

Avstraliyanın baş naziri Skott Morrison Rusiya prezidenti Vladimir Putinə və bir sıra yüksək səviyyəli Rusiya rəsmilərinə qarşı sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

Avstraliya hakimiyyəti Rusiyadakı 11 bank və dövlət qurumlarına da sanksiya tətbiq edib.

Son xəbərlər
Digər xəbərlər