Avstraliyanın Baş naziri Entoni Albanese ölkəni hazırkı enerji böhranının təsirlərindən qorumaq məqsədilə yanacaq ehtiyatlarının artırılması üçün 10 milyard Avstraliya dollarından (təxminən 7,25 milyard ABŞ dolları) çox vəsait ayrılacağını elan edib. Bu barədə ABC telekanalı məlumat yayıb.
Tədbirlər paketi yanacaq şirkətlərinin daha çox enerji resursu alıb ehtiyat toplaması üçün kredit və sığorta maliyyələşdirilməsini nəzərdə tutur. Həmçinin 1 milyard litr dizel və aviasiya yanacağı həcmində dövlət fövqəladə yanacaq ehtiyatının yaradılması planlaşdırılır.
Hazırda Avstraliyada idxalçılar və emal müəssisələri 20–32 günlük ehtiyacı qarşılayacaq həcmdə fövqəladə yanacaq ehtiyatı saxlamağa borcludur. Hökumət indi bu tələbi dizel və aviasiya yanacağı üçün 50 günə, benzin üçün isə 37 günə qədər artırmaq istəyir.







