19 C
Baku
Wednesday, May 1, 2024

Avstraliyada işsizlik son 50 ilin minimumuna çatıb

Avstraliyada işsizlik səviyyəsi 50 ilin minimumuna düşüb. Banker.az xəbər verir ki, Avstraliya Statistika Bürosunun verdiyi açıqlamaya görə, iyun ayında işsizlik səviyyəsi 3.5% olub. Proqnoz isə bu göstəricinin 3.9%-dən 3.8%-ə enəcəyi yönündə idi. Beləliklə, işsizlik səviyyəsi 1974-cü ilin avqust ayından bəri ən aşağı həddə çatıb.

Belə ki, məşğulluq 88 min 400 artım olub və 13 milyon 599 min 300 nəfərə çatıb. Proqnozlar isə məşğulluqda 30 000 artım olacağını deyirdi. Beləliklə, məşğulluq səviyyəsində aylıq 0.7%, illik isə 3.3% artım qeydə alınıb.

Büronun hesabatına əsasən, tam zamanlı (full time) məşğulluq 52 min 900, yarı zamanlı (part-time) məşğulluq 35 min 500 artıb. İşçi qüvvəsi 66.7%-dən 66.8%-ə yüksəlib. Beləliklə, işçi qüvvəsində yeni rekord qeydə alınıb.

Ölkədəki işsizlərin sayı isə əvvəlki ayla müqayisədə 54 min 300 nəfər azalaraq 493 min 900 nəfərə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər