27 C
Baku
Saturday, July 27, 2024

Avstriya hökuməti “Google” və “Facebook” üçün yeni vergi tətbiq edir

Avstriya hökuməti böyük rəqəmsal müəssisələr üçün yeni vergi tətbiq edəcək. Bu barədə Avstriya kansleri Sebastyan Kurtz öz “Twitter” səhifəsində bildirib.

“Avstriya “Google” və ya “Facebook” kimi rəqəmsal nəhənglər üçün milli vergi tətbiq edəcək, burada əsas məqsəd ədaləti təmin etməkdir”, – deyə 2 aprel tarixində Kurtz yazıb.

Avstriyanın maliyyə naziri olan Hartwig Löger, ORF radiosunda martın 2-də ölkədə  verginin illik gəliri 750 milyon avrodan çox olan şirkətlər üçün nəzərdə tutulduğunu bildirmişdir.  5%-lik gəlir vergisi 2020-ci ildən qüvvəyə minəcək.

 

Son xəbərlər
Digər xəbərlər