15 C
Baku
Tuesday, April 30, 2024

Avstriya kansleri Ukraynaya səfər edəcək

Prezident Volodimir Zelenski Avstriya kansleri Karl Nehammer ilə söhbət etdiyini və onunla tezliklə Ukraynaya səfərlə bağlı razılığa gəldiyini bildirib.

“RBC-Ukraina” xəbər verir ki, Zelenski bu barədə brifinqdə açıqlama verib.

“Biz onun yaxın gələcəkdə Ukraynaya səfəri ilə bağlı razılığa gəldik”, – dövlət başçısı bildirib.

Zelenski həmçinin bildirib ki, Avropa liderləri, o cümlədən Karl Nehammerlə Rusiya ordusunun Ukraynadakı cinayətlərini, həmçinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər