14 C
Baku
Thursday, March 28, 2024

Avstriya və Qazaxıstandan idxal zamanı sertifikat tələb olunacaq

Avstriyanın Aşağı Avstriya və Tirol inzibati ərazi vahidlərində, Qazaxıstanın Aqmola, Pavlodar, Şimali Qazaxıstan və Aqtöbe vilayətlərində iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatında deyilir.

Buna görə də Avstriya və Qazaxıstandan bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların ölkəmizə idxalı zamanı “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləs”inin 11.8-ci fəsilinin tələblərinə (idxal etmək üçün seçilmiş heyvanlardan göndərildiyi gün sözügedən xəstəliyə görə heç bir kliniki əlamətin müşahidə olunmaması, heyvanların son 6 ayda həmin xəstəliyin qeyd alınmadığı sağlam təsərrüfatdan gəlməsi, 30 gündən az olmayaraq ixracatçı ölkənin karantin məntəqələrində saxlanması və karantin müddətində qeyd olunan xəstəliyə görə iki dəfə (21 gündən az olmayan intervalla) laborator müayinəyə cəlb olunması, o cümlədən genetik materiallar üçün damazlıq buğaların və donor inəklərin xəstəliyə görə sağlam naxırdan olması) riayət olunması ixracatçı ölkə tərəfindən verilən müşayiətedici baytarlıq sertifikatında qeyd olunduğu halda həyata keçirilməlidir.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Eyni zamanda, Avstriya və Qazaxıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər