May ayının yekunlarına əsasən, Avstriyada inflyasiya 1975-ci ilin sentyabrından sonra maksimum həddə çata bilər.
Banker.az xəbər verir ki, bu barədə “Statistik Austria” Federal Statistik İdarəsinin ilkin məlumatlarında deyilir.
Məlumata görə, ölkədə inflyasiya səviyyəsi 8% təşkil edib. Ötən ayla müqayisədə qiymət artımının 1,1% təşkil edəcəyi gözlənilir.