10 C
Baku
Thursday, December 12, 2024

Avstriyada koronavirusa görə tam qapanma elan olunub

COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar Avstriyada tam qapanma (lockdown) elan olunub.

Bu barədə qərarı Avstriya Kansleri Aleksandr Şallenberq mətbuat konfransında elan edib.

Bundan əlavə bildirlib ki, ölkədə gələn ilin fevralından etibarən peyvənd olunmaq məcburi olacaq.

İnfeksiyaya yoluxmanın qarşısını almaq üçün Avstriyanın doqquz federal əyaləti noyabrın 22-dən etibarən məhdudiyyətlərin tətbiqinə razılaşıb.

“Kronen Zeitung” qəzeti mətbuat konfransından əvvəl bildirib ki, qapanma 10 gün davam edəcək. “Reuters” isə ehtiyac olarsa, məhdudiyyətlərin 20 günə qədər davam edəcəyini yazıb.

Daha əvvəl Avstriya bu məhdudiyyətləri əhalinin yalnız peyvənd olunmamış hissəsinə tətbiq etsə də gözlənilən nəticəyə nail olmayıb.

Avstriya hazırda pandemiyanın dördüncü dalğası ilə üzləşib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər