6 C
Baku
Monday, December 16, 2024

Avtobus parklarının yenilənmə prosesi başlayıb

“Quba, Şamaxı, Zaqatala, Masallı, Mingəçevir və Gəncədə avtobus parklarının yenilənmə prosesi başlayıb”.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

N.Allahyarovanın sözlərinə görə, artıq daşıyıcı şirkətlər həmin şəhər və rayonlarda avtobusların bəzilərini yeniləri ilə əvəz ediblər. O, həmçinin əlavə edib ki, respublika üzrə yaşı (istismar müddəti) 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda avtobusların yenilənməsindən sonra bu rəqəm 64 faizə enib.

©Report

Son xəbərlər
Digər xəbərlər