7 C
Baku
Sunday, December 15, 2024

Avtobuslarda gediş haqları artacaq? – BNA-dan cavab

Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.

Bunu BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, bu məsələ hazırda gündəmdə deyil:

“Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib”.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər