15 C
Baku
Saturday, April 20, 2024

Avtomobil almaq üçün ilin ən yaxşı ayları açıqlandı

“Avtomobil bazarının, təbii ki, öz mövsümiliyi var. Üstəlik, avtomobilin təzə və ya ikinci əl alınması üçün də dövrlərin münasibliyi fərqlənir”.

Bu barədə rusiyalı avtomobil mütəxəssisi Maksim Zaqorski avtomobil almaq üçün ilin ən yaxşı vaxtı barədə danışarkən qeyd edib.

Ekspertin fikrincə, həm birinci, həm də ikinci əl avtomobillər üçün yayın başlanğıcı ən münasib vaxtdır:

“Məsələ burasındadır ki, insanlar istirahətə gedirlər, avtosalonlara gedənlərin sayı azalır. Satıcılar satış hədəflərinə çatmaq üçün əhəmiyyətli endirimlər təklif edirlər”.

O bildirib ki, avqust və sentyabr ayları isə, əksinə, avtomobil alarkən pula qənaət etmək üçün sərfəli aylar deyil.

“Çünki insanlar tətildən qayıdır və iş, yaxud məktəb səfərləri üçün aktiv şəkildə nəqliyyat vasitələri axtarmağa başlayırlar”, – deyə mütəxəssis izah edib.

Zaqorski bildirib ki, təzə avtomobil almaq üçün ən yaxşı vaxt ilin sonu, xüsusən də dekabrdır.

“Bu zaman avtomobillərə tələbat o qədər də yüksək olmur, çünki insanlar öz işləri ilə məşğuldurlar və bayrama hazırlaşırlar. Dilerlər isə illik satış hədəfini yerinə yetirməyə çalışırlar, bu da o deməkdir ki, onlar əhəmiyyətli endirimlər təklif etməyə hazırdırlar”, – deyə o əlavə edib.

Ekspertin sözlərinə görə ikinci əl maşın bazarında vəziyyət bir qədər mürəkkəbdir.

“Payızın ortalarından ilin sonuna qədər aşağı qiymətlərlə yaxşı seçimlər tapa bilərsiniz. Avtomobillərini satmaq istəyən bir çox avtomobil həvəskarları bunu avtosalonlarda Yeni il endirimləri başlamamışdan əvvəl edirlər”, – deyə o, sözlərini yekunlaşdırıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər