15 C
Baku
Wednesday, April 24, 2024

Avtomobil istehsalçısı olan “Bentley” ixtisarlara başlayır

Elit avtomobillər istehsalçısı olan “Bentley” hazırkı COVID-19 pandemiyası ilə bağlı istehsalatdakı durğunluq səbəbindən çəkdikləri məsrəfləri ödəmək üçün böyük ixtisarlara gedəcəklərin açıqlayıb.

FT-yə istinadən xəbər verilir ki, şirkətin 4 200-dək işçisindən 1 000 nəfərinin ixtisara düşəcəyi bildirilir.

“Gəlirlərimiz 25 faiz azalıb və bunun əvəzini çıxmaq üçün cəmi yarım il vaxtımız var. Bu il gözədəyən mənfəət əldə etmək ağlabatan deyil”, – şirkətin baş icraçı direktoru Adrian Hollmark qeyd edib.

Qeyd edək ki, bundan əvvəl “McLaren” və “Astion Martin” kimi məşhur avtomobil istehsalçıları da işçiləri arasında xeyli sayda ixtisar aparacaqlarını bildirmişdilər.

Böyük Britaniya Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) ölkədə aprel ayında vur-tut 197 ədəd avtomobil istehsal edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 99,7 faiz azdır. Həmçinin hesabat dövründə ölkədə 4 mindən artıq yeni avtomobil satılıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 90 faizədək azalma deməkdir.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər