-1 C
Baku
Sunday, December 15, 2024

Avtomobil qarajlarında ödəmə terminalları və kamera nəzarət sisteminin yenilənməsi BNA-ya 666 min manata başa gələcək

Bakı Nəqliyyat Agentliyi Publik Hüquqi Şəxsi “Mobil-MMXA LTD” Məhdud Məsuliyyətli Cəmiyyət ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Yeraltı avtomobil qarajlarında ödəmə terminalları, kamera nəzarət sisteminin yenidən qurulması üçün avadanlıqlar, zəruri proqram təminatı, şəbəkə infrasturukturunun yenilənməsi, server və avadanlıqları üzrə lazımi mal, iş və xidmətlər nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 665 min 968 manatdır.

Bildirək ki, “Mobil-MMXA LTD” Məhdud Məsuliyyətli Cəmiyyət 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Orxan Abbasov Musa oğludur.

Son xəbərlər
Digər xəbərlər