8 C
Baku
Friday, December 13, 2024

Avtomobil Yolları Dövlət Agentliyinə məxsus şirkətin direktoru vəzifəsindən azad edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin direktoru Vüsal Kərimov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Məzahir Mahmudova həvalə olunub.

V. Kərimov “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-yə ötən ilin ortalarından rəhbərlik edirdi. Buna kimi isə “4 №-li Magistral Yolların İstismarı” MMC-nin direktoru olub.

Xatırladaq ki, “3 №-li Xüsusi Təyinatlı Yol İstismarı” şirkəti 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 12.5 milyon manat təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər