15 C
Baku
Friday, April 26, 2024

Avtomobili lizinqə götürməyin şərtləri və prosesi

Artıq bir çoxları avtomobil əldə etmək üçün sadəcə ilkin ödəniş məbləğini tamamlayayıb banklara yaxınlaşaraq kredit əldə etməyin daha rahat bir üsul olduğunu düşünürlər. Beləcə də kreditin köməkliyi ilə imkan çərçivəsində istədikləri avtomobilə sahib olurlar.

Lakin hələ də çoxlarına məlum deyil ki, lizinq sayəsində də avtomobilə sahib ola bilərlər.

İndi isə sizə lizinq ilə avtomobil almaq istəyənlər üçün prosedurları daha aydın şəkildə izah edək.

Belə ki, bu zaman Siz ilk öncə almaq istədiyiniz avtomobili seçirsiniz və daha sonra həmin avtomobili almaq üçün avtosalona yaxınlaşırsınız. Bu zaman siz bankda olduğu kimi lizinq şəklində alacağınız avtomobil üçün də şirkətə də ilkin ödəniş etməli olacaqsınız. İlkin ödənişiniz isə aldığınız avtomobilin dəyərindən asılı olaraq 15-30% arasında dəyişə bilər. Siz ilkin ödənişinizi etdikdən sonra avtomobilin sənədləri sizin adınıza köçürüləcək. Yəni, avtomobil artıq sizin olacaq. Lakin bir nüans var ki, avtomobiliniz sizin adınıza olmayacaq və sizin texniki sənədinizin arxasında avtomobil həmin lizinq şirkətinin mülkiyyəti olaraq qeyd olunacaqdır. Bu zaman isə sizə sadəcə şirkət tərəfindən etibarnamə veriləcəkdir. Siz borcunuzu ödəyib qurtardıqdan sonra isə avtomobil sizin adınıza qeydiyyata salınacaqdır. Necə ki, bankdan verilən kredit vasitəsilə aldığınız avtomobilin texniki sənədində bankda girov yazılır, lizinq ilə aldığınız zaman isə şirkətin mülkiyyəti hesab olunur.

Avtomobiliniz üçün ödədiyiniz ilkin ödənişdən sonra yerdə qalan məbləği sizin əvəzinizə lizinq şirkəti edəcək. Bu ödənişdən sonra isə siz sadəcə olaraq lizinq şirkətinə borlu qalacaqsınız və hər ay müəyyən bir məbləğ ödəməli olacaqsınız.

Sizdən tələb olunan sənədlər isə iş yerindən arayış, əgər daimi iş yeriniz yoxdursa siz biznesinizi də gəlir yeri olaraq təqdim edə bilərsiniz. Bu zaman sizdən qeyd olunan sənədlərlə yanaşı 1 zamin də tələb olunacaqdır. Zamin isə öz növbəsində iş yerindən arayış və yaxud əgər biznesi varsa onu təqdim etməlidir.

Yuxarıda da qeyd etdiyimiz kimi lizinq vasitəsilə əldə edəcəyiniz avtomobil üçün 15-30% ilkin ödəniş olması, bankların 40-50% və hətta bəzi avtomobillər üçün tətbiq olunan 80% ödənişin qarşısında lap göydən düşmə kimi də hesab etmək olar.

Lizinq vasitəsilə siz avtomobil əldə etmək istədiyiniz zaman lizinq şirkətindən asılı olaraq faizlər 18-20% arasında dəyişə bilər.  Avtomobilinizin ödənişini isə  3-4  il müddətində  həyata keçirə bilərsiniz.

Həmçinin, lizinq vasitəsilə siz işlənmiş avtomobillər də əldə edə bilərsiniz. Lakin yeni avtomobil ilə işlənmiş avtomobillərin şərtləri nisbətən fərqli olacaq. Belə ki, yeni avtomobillərin hazırda ilkin ödənişləri 15-30% dir. Lakin işlənmiş avtomobillərdə isə ilkin ödəniş 30%-dən başlayır. Həmçinin avtomobillər üçün tətbiq olunan müddət daha azdır. Yəni, qısaca onu qeyd edək ki, yeni avtomobillərin şərtləri işlənmiş avtomobillərlə müqayisədə daha sərfəlidir. Bu zaman sizin ilkin ödənişiniz və illik faiziniz daha aşağı olacaqdır.

Sonda onu da qeyd etmək istərdik ki, ölkəmizdə hələ də Lizinq şirkətləri potensiallarını tam olaraq aça bilməyiblər. Çünki adi vətəndaşlara avtomobil almaq üçün və yaxud digər zamanlarda ilk ağıllarına Bankların və yaxud Boktların təqdim etdiyi kreditlər gəlir. Baxmayaraq ki, lizinq şirkətləri bank və boktlara baxanda əhaliyə daha çox sərf edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər