27 C
Baku
Saturday, July 27, 2024

Avtomobillərin sığortasını yeniləmək olmur – İSB-nin sistemində problem

İcbari Sığorta Bürosunun (İSB) sistemində problem yaranıb.

Sığorta agenti Şahin İsmayılov deyib ki, ötən gündən etibarən avtomobillərin icbari sığortasını həyata keçirmək mümkün olmayıb.

“Avtomobil sahibi FİN kodunu daxil edərkən, İSB-nin sistemində müştərilərə aid data görünməlidir, daha sonra sığorta haqqı hesablanmalıdır. Amma FİN kod daxil etdikdən sonra sistemdə müvafiq məlumatlar çıxmır” – deyə, sığorta agenti qeyd edib. Ş.İsmayılovun sözlərinə görə, məsələ ilə bağlı İSB-dən bildirilib ki, problem aradan qaldırılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər