Cari ilin yanvar ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 1,296 sığorta tələbi üzrə 1,657,772 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.
Banker.az saytının İcbari Sığorta Bürosuna istinadən verdiyimiz xəbərə görə, bu ilin yanvar ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 15%, sığorta ödənişlərinin məbləğində isə 4% artım müşahidə edilmişdir.
2014-cü ilin yanvar ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,212 manat təşkil etmişdir.