12 C
Baku
Wednesday, December 11, 2024

Avtonəqliyyat icbari sığortası üzrə ödənişlər artıb

Fevralda 14% artım müşahidə edilib.

Fevral ayında İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə 2,2 milyon manatdan çox sığorta ödənişi həyata keçirilib.

Ötən ay “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə Büronun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1,736 sığorta tələbi üzrə 2,254,178 manat məbləğində sığorta ödənişi reallaşdırılıb.

Bürodan AzərTAc-a bildiriblər ki, 2014-cü ilin fevral ayında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 14% artım müşahidə edilib.

Cari ilin fevral ayında avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1,252 manat təşkil edib.

Fevral ayında İcbari Sığorta Bürosu tərəfindən 4 kompensasiya tələbi üzrə 17,510 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər