18 C
Baku
Wednesday, April 17, 2024

Avtoritar tərz hansı hallarda daha faydalı ola bilər?

Müəllif: Nahid Nəsirov

Ötən yazılarımda “Nəticə əldə edən liderlik” və “Liderlikdə Məcburedici tərz” haqqında Harvard Business Review jurnalında dərc edilən məqalənin tərcüməsini paylaşmışdım. Bu yazım isə ötən yazıların ardı olan Avtoritar tərz haqqındadır.Bu tərzi izah etmək üçün aşağıdakı nümunəyə baxaq.

Tom pizza satışında ixtisaslaşmış bir milli restoran zəncirində Marketinq rəhbərinin köməkçisi idi. Şirkətin zəif performansı üst Rəhbərliyi çətin vəziyyətə salmışdı. Hər Bazar ertəsi, son satışları nəzərdən keçirmək üçün toplanır, araşdırma ilə məşğul olurdular. Tom-a görə bu yanaşma mənalı deyildi. Çünki, davamlı olaraq əvvəlki həftənin satışlarının niyə pis getdiyinin səbəbini tapmağa çalışırdılar. Sabah nə edəcəyimizi tapmaq yerinə bütün şirkətin dönüb geriyə baxmasını təmin edirdilər.

Tom strateji bir konfransda insanların düşünmə tərzini dəyişdirmə fürsətini gördü. Artıq danışmaq zamanı idi. Hər kəsin bildiyi gerçəklərlə söhbətə başladı. Şirkət səhmdarlarının rifahını artırmaq və əmlakdan əldə edilən gəliri çoxaltmaq məcburiyyətində idi. Tom başa düşdü ki, bir restoran müdirini yenilikçi olmağa və ya daha yaxşısını etməyə sövq edəcək gücü yoxdur.

Bunun əvəzində Tom cəsur bir təklif irəli sürdü. O, həmkarlarının müştərinin perspektivindən düşünməyə çağıraraq qeyd etdi ki, müştərilər asanlıq istəyir. Şirkət restoran işində deyil, yüksək keyfiyyətli və asan çatıla bilən pizza paylaması işində daha uğurlu ola biləcəyini söylədi. Bu ağıllı ideya şirkətin etdiyi hər şeyi kökündən dəyişdi.

Enerji dolu coşğusu və açıq vizionu ilə avtoritar tərzin damğaları ilə Tom şirkətdəki liderlik boşluğunu doldurdu. Həqiqətən onun yeni anlayışı yeni missiya bəyannaməsinin əsası oldu. Tom missiya Bəyannaməsinin inkişafının idarəçisi olaraq bu bəyannaməni hazırlayıb şirkətin strateji planlaşdırma prosesinə yerləşdirilməsini təmin etdi. Yenə Tom görüntünün açıq bir şəkildə ifadə edilməsini və bu şəkildə yerli restoran rəhbərlərinin, şirkətin müvəffəqiyyətində açar olduqlarını və pizza paylamaq üçün yeni üsullar tapmaqda azad olduqlarını başa düşmələrini təmin etdi.

Dəyişikliklər çox tez ortaya çıxdı. Bir neçə həftə içində bir çox yerli idarəçi daha sürətli yeni paylama müddətlərini gerçəkləşdirməyə başladılar. Daha da yaxşısı o idi ki, yeni şöbələr açmaq üçün məharətlə yeni yerlər tapırdılar. Nəqliyyatın sıx yerləşdiyi prospekt künclərində, qatar və avtobus stansiyalarında buffet açdılar, hətta aerodromlarda və otel lobilerində əl avtomobillərinə qədər satış kanallarını genişləndirdilər.

Tomun müvəffəqiyyəti şans əsəri deyildi. Araşdırmamız göstərir ki, altı liderlik tərzi içərisində mühiti hər istiqamətiylə idarə edən avtoritar tərzdir. Açıqlığı ələ alaraq, Avtoritar lider xəyalpərəst olaraq insanları, onların işlərinin təşkilatın böyük vizyonuna necə uyğun gəldiyini açıqca göstərərək motivasiya edər. Bu cür liderlər üçün çalışan insanlar nə etsələr bunun nə əhəmiyyətli olduğunu bilirlər. Avtoritar liderlik eyni zamanda qurumun hədəflərinə və strategiyasına bağlılığı ən üst səviyyəyə qaldırır. Fərdi vəzifələri böyük bir görüntünün içinə yerləşdirməklə yanaşı avtoritar lider həmçinin standartları müəyyən edir. Performansla bağlı əks əlaqə tapıldıqda müsbət ya da mənfi olsun tək meyar bu performansın vizionu daha irəli aparıb götürməyidir. Müvəffəqiyyət standartları hər kəs üçün açıqdır, mükafatlar da həmçimim. Son olaraq, bu tərzin real vəziyyət üzərindəki təsirini düşünün. Avtoritar bir lider nəticəni təsvir edər, işçilərə isə öz vasitələrini hazırlayaraq geniş bir hərəkət sahəsi buraxar. Avtoritar liderlər işçilərə yenilənmə, sınaq və müəyyən limitlər çərçivəsində risk alma azadlığı verir.

Müsbət təsiri səbəbiylə avtoritar tərz az qala bütün iş vəziyyətlərində yaxşı nəticələr verir. Avtoritar bir lider yeni bir yol çəkər və işçilərinə təzə bir uzun dövrlü vizyon təqdim etdiyi zaman daha təsirli olar.

Avtoritar tərz güclü olmaqla yanaşı hər vəziyyətdə də işə yaramaz. Belə ki, lider özündən daha təcrübəli mütəxəssislər komandası və ya əməkdaş ilə çalışdığında müvəffəqiyyətsizliyə uğrayar. Onlar lideri havalı və ya əlçatmaz görə bilərlər. Digər bir məhdudiyyət isə avtoritar olmağa çalışan bir idarəçinin əzici hala gəldiyi zaman olur. Bu çatışmamazlıqlara baxmayaraq liderlər çox zaman avtoritar tərzini seçərlər. Çünki, yüzdə yüz müvəffəqiyyətə zəmanət verməsə də, uzun müddətli dövrdə  faydaları həddən artıq çoxdur.

Son xəbərlər
Digər xəbərlər