6 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

AYİB Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidini qiymətləndirib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın dayanıqlı bazar iqtisadiyyatına keçidinə cavabdeh olan əsas göstəricilərini qiymətləndirib.

AYİB-in “Transition Report 2020-21” hesabatının verdiyi məlumata görə, qiymətləndirmə 6 göstərici üzrə aparılıb: rəqabətə davamlılıq, idarə olunma və tənzimləmə səviyyəsi, “yaşıl” iqtisadiyyata keçid səviyyəsi, müxtəlif kateqoriyadan olan insanların iqtisadiyyatda iştirakı səviyyəsi, iqtisadi davamlılıq və inteqrasiya.

Hesabata görə, 2020-ci ildə Azərbaycandakı biznes mühit inkişaf edib və rəqabətə davamlılıq indeksi 4,30 bənddən 4,54 bəndədək yüksəlib. Yaxşı idarə olunma və tənzimləmə indeksi də (“well-governed”) ölkədə son illər ərzində şəffaflığın, şəxsi və əqli mülkiyyət hüquqlarının daha yaxşı qəbul edilmiş müdafiəsini tənzimləmə və qorunması üçün daha güclü çərçivələrin qurulmasını sayəsində 5,31 bənddən 5,58 bəndədək yüksəlib.

“Yaşıl” iqtisadiyyata keçid səviyyəsinin göstəricisi olan “Green” indeksi isə dəyişməz qalıb – 5,37. Burada Rusiya istisna olmaqla, heç bir region ölkəsində yaxşılaşma qeydə alınmayıb.

Ümumi xarici iqtisadi sarsıntılara qarşı olan iqtisadi dayanıqlıq indeksi 2020-ci ildə 4-dən 4,09-dək yüksəlib. Müxtəlif kateqoriyadan olan insanların iqtisadiyyatda iştirak etməsi səviyyəsi də daha şaxələndirilmiş iqtisadiyyat sayəsində 5,07 bəndədək yüksəlib (2019-cu ildə 4,93).

Son olaraq, inteqrasiya səviyyəsi indeksi 5,61 bəndən 5,85 bəndədək qalxıb. Bu indeks ticarət və nəqliyyat əlaqələrinin inkişaf səviyyəsini əks etdirir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər