10 C
Baku
Thursday, December 12, 2024

AYİB Azərbaycan şirkətinə kredit ayırmaqdan imtina edib

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda inşaat sektorunda fəaliyyət göstərən “Universal Pro” MMC-yə aid layihəyə kredit ayırmaqdan imtina edib.

Belə ki, “Universal Pro” şirkətlərə icarəyə ofislərin verilməsi üçün 3.700 kvadrat metr sahəsi olan dörd mərtəbəli bina tikməyi planlaşdırıb. Universal Pro MMC ümumi dəyəri 6.8 milyon manat olan layihəyə AYİB-dən 3.5 milyon ABŞ dolları ekvivalentində (5 milyon 950 min AZN) yüksək təminatlı kreditin verilməsi üçün müraciət edib.

AYİB isə layihənin ərazi və layihə əhəmiyyətli ekoloji və sosial problemləri özündə ehtiva etmədiyini əsas gətirərək “Universal Pro”ya kredit ayırmaqdan imtina edib. “Layihə əvvəllər çirklənmə problemi olmayan yaxınlıqdakı ticarət mərkəzinin parkinq sahəsi kimi istifadə edilmiş məskunlaşmış ərazidə yerləşir. Layihə və ərazi yenidən yerləşmə, iqtisadi yerdəyişmə yaxud digər torpaqların əldə edilməsi kimi məsələlərlə əlaqəli deyil, çünki layihə ərazisi müştəri tərəfindən başqa özəl qurumdan alınıb”- deyə AYİB-dən bildirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər