8 C
Baku
Thursday, December 12, 2024

AYİB Azərbaycan üzrə investisiya portfelini bir ayda 134 mln. avro artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi bu il oktyabrın 31-nə 948 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 16.5% və ya 134 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 31 olaraq qalıb.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (855 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (66 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (28 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 2.7% azalaraq 714 mln. avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3.751 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83.5 %-i (3.133 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər