7 C
Baku
Sunday, December 15, 2024

AYİB-in Azərbaycan üzrə investisiya portfeli 4%-ə yaxın artıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı aktiv portfelinin həcmi ötən ilin sonuna 865 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 3,5% və ya 29 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 35 olub.

Bu barədə AYİB-dən bildirilib.

Qeyd olunub ki, portfelin 86%-ni (748 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 10%-ni (87 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 4%-ni (30 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,5% azalaraq 748 mln.avro təşkil edib.

Beləliklə, AYİB bu günədək Azərbaycana 188 layihə çərçivəsində 3,610 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 86 %-i (3,106 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 13%-i özəl sektorun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər