16 C
Baku
Sunday, May 26, 2024

Aylıq qazancı ən yüksək olan futbolçuların siyahısı açıqlandı

Avropanın “Top-5” liqalarında aylıq qazancı ən yüksək olan futbolçuların siyahısı müəyyənləşib.

Hər çempionatda ən çox maaş alan 5 oyunçu qeyd olunub.

Almaniya və Fransa çempionatlarının ilk “beşliy”ində müvafiq olaraq “Bavariya” və PSJ-nin futbolçuları qərarlaşıblar. İngiltərədə Kevin De Brüyne, İspaniyada isə Eden Azar hamıdan çox qazanc əldə edir.

Ən aşağı maaş büdcəsi İtaliya çempionatındadır. “Yuventus”un üç, “İnter”in isə bir üzvü aylıq 1 milyon avro qazanır.

Ümumilikdə “Top-5” liqalarda ən çox maaş alan futbolçular PSJ-də çıxış edirlər. Bu baxımdan Kilian Mbappe hamını üstələyir. Fransa millisinin hücumçusunun aylıq məvacibi 6 milyon avro təşkil edir.

İngiltərə Premyer Liqası:

1. Kevin De Brüyne (“Mançester Siti”) – 1,9 milyon avro

2-3. Erlinq Holann (“Mançester Siti”) – 1,8 milyon

David De Xea (“Mançester Yunayted”) – 1,8 milyon

4-5. Məhəmməd Salah (“Liverpul”) – 1,7 milyon

Ceydon Sanço (“Mançester Yunayted”) – 1,7 milyon

İspaniya La Liqası:

1. Eden Azar (“Real Madrid”) – 2,2 milyon

2. Robert Levandovski (“Barselona”) – 2,1 milyon

3. Serxio Buskets (“Barselona”) – 1,9 milyon

4. David Alaba (“Barselona”) – 1,8 milyon

5-7. Vinisyus Junior (“Real Madrid) – 1,6 milyon

Jordi Alba (“Barselona”) – 1,6 milyon

Yan Oblak (“Atletiko”) – 1,6 milyon

İtaliya A seriyası:

1-4. Duşan Vlahoviç (“Yuventus”) – 1 milyon

Marselo Brozoviç (“İnter”) – 1 milyon

Voyçex Şesnı (“Yuventus”) – 1 milyon

Leonardo Bonuççi (“Yuventus”) – 1 milyon

5. Romelu Lukaku (“İnter”) – 930 min

Almaniya Bundesliqası:

1. Sadio Mane (“Bavariya”) – 2 milyon

2-3. Manuel Noyer (“Bavariya”) – 1,6 milyon

Tomas Müller (“Bavariya”) – 1,6 milyon

4-5. Lukas Ernandes (“Bavariya”) – 1,4 milyon

Kinqsli Koman (“Bavariya”) – 1,4 milyon

Fransa Liqa 1-i:

1. Kilian Mbappe (PSJ) – 6 milyon

2. Neymar (PSJ) – 3,6 milyon

3. Lionel Messi (PSJ) – 3,3 milyon

4-5. Markinyoş (PSJ) – 1,2 milyon

Marko Verratti (PSJ) – 1,2 milyon

Son xəbərlər
 ⁠
Digər xəbərlər