18 C
Baku
Saturday, May 4, 2024

AYNA: Gündəlik səfərlərin 40%-i şəxsi nəqliyyat vasitələri ilə həyata keçirilir

2022-ci ildə Azərbaycanda səfərlərin təşkil olunmasında ictimai nəqliyyatın payı 17 faizdir. Digər oxşar şəhərlərdə ictimai nəqliyyatla səyahət 39 faiz təşkil edir.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, səfərlərin 11 faizi metro, 5 faizi dəmiryolu, 40 faizi şəxsi nəqliyyat, 12 faizi isə taksi vasitəsilə həyata keçirilir: “Səfərlərin 20 faizi piyada, velosiped və mikromobillik səfərləridir”.

A.Rzayev qeyd edib ki, növbəti illərdə əsas hədəflərdən biri məhz ictimai nəqliyyatla səfərlərin təşkilində faiz artımına nail olunmasıdır.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər