Məşhur fantastik janr yazıçısı olan Ayzek Azimov 50 il əvvəl Amerikanın The New York Times nəşrində 2014-cü ildə dünyanın necə olacağını təsvir etdiyi bir yazısını nəşr etdirir.
Azimov həyatı boyu elmi fantastika və elmi ədəbiyyat da daxil olmaqla 500-dən çox kitab yazmışdır.
“2014-cü ilin bəşəri yarmarkası” məqaləsində isə o 2014-cü ili təsvir etmişdir və qeyd edək ki, onun proqnozlarının bir çoxu gerçəkliyə çevrilmişdir.
Bu proqnozlardan bəziləri ilə tanış olaq:
- Bəşəriyyət dəhşətli dərəcədə bekarçılıqdan, illərlə daha da geniş yayılan xəstəliklərdən əziyyət çəkəcək. Bu ciddi əqli, emosional və sosial nəticələrə sahib olacaq və cəsarətlə deyə bilərəm ki, psixiatriya 2014-cü ildə ən vacib tibbi peşələrdən biri olacaq.
- İnsanlar özlərinə uyğun mühit yaratmaq üçün təbiətə “əzab verməyə” davam edəcəklər.
- Avtomatik olaraq qida hazırlayan, suyu qızdıran və onu qəhvəyə çevirən, çörəyi qızardan və s. bu kimi işləri həyata keçirən mətbəx avadanlıqları ixtira ediləcək.
- Robotlar geniş yayılmasa da 2014-cü ildə öz mövcudluğunu qoruyacaq.
- Kommunikasiya təsvir və səs ilə həyata keçiriləcək. Siz danışdığınız insanı nəinki eşidə, hətta görə biləcəksiniz. Ekrandan nəinki danışdığınız insanı görmək üçün, həmçinin sənədlərin, şəkillərin öyrənilməəsi və kitablardan hissələr oxumaq üçün istifadə etmək olacaq.
- 2014-cü ildə Yer kürəsində əhalinin sayının 6 500 000-ə çatmaq ehtimalı böyükdür.
- Avadanlıqların elektrik telləri mövcud olmayacaq. Bunun əvəzində texnikalar uzun müddətli batareyalar ilə elektrik cərəyanı toplayacaq.
- Alimlər kosmosda nəhəng cihazlar vasitəsilə günəş enerjisi toplayan elektrostansiyalar yaradacaq.
- Ay ilə əlaqə yaratmaq bir qədər narahat olacaq və əldə edilən məlumat 2,5 saniyə gecikəcək. Marsla da oxşar danışıqlar 3,5 dəqiqə gecikmə ilə həyata keçiriləcək, hətta Mars hər şeydən daha yaxında yerləşsə belə.
- 2014-cü ilin bəşəri yarmarkasında təsvirləri təbii ölçüləri ilə əks etdirən 3D televizorlar nümayiş etdiriləcək.
- Dünyanın bəzi yerlərində orta həyat səviyyəsi 85 yaşa çatacaq.