27 C
Baku
Saturday, July 27, 2024

Azər-Türk Bank müasir Bank proqramına keçir

“Azər-Türk Bank” ASC təqribi 1 il davam edən hazırlıq nəticəsində yeni Bank proqramı alınması barədə Colvir Software Solutions LTD şirkəti ilə 26.11.2013-cü il tarixində müqavilə bağlamışdır. 

Bağlanmış müqaviləyə əsasən Bank proqram təminatı sahəsində böyük təcrübəyə malik Colvir Software şirkətinin 02.12.2013-cü il tarixində Bakıya gələrək Bankda fəaliyyətə başladığı bildirilmişdir.

Bankdan verilən məlumata görə, təxmini 6-12 ay keçid müddəti sonunda Bank müştərilərinə internet bankçılığı daxil olmaqla hər mövzuda keyfiyyətli xidmət göstərməsi mümkün olacaqdır.

Son xəbərlər
Digər xəbərlər